SSRİ-nin sabiq rəhbəri Nikita Xruşşovun qızı Rada Acubey 88 yaşında vəfat edib.
Strateq.az bildirir ki, bu barədə onun yaxınları “Exo Moskvı” radiosuna deyiblər.
“Rada Acubey xəstəxanaların birində vəfat edib”, -deyə məlumatda bildirilib.
1929-cu ildə Kiyevdə doğluan Rada Xruşşovun ikinci nikahından dünyaya gəlib. Jurnalistikada çalışıb. Tələbə yoldaşı Aleksey Acubeylə ailə quran Radanın həyat yoldaşı “Komsomolskaya Pravda” və “İzvestiya” qəzetinin bş redaktoru olub.