Rusiya hökuməti paytaxt Moskvada evsizlər üçün kinoteatr açır.
Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kinoteatrın açılışı iyulun 19-da olacaq. Filmlər ayda bir dəfə, bazar günləri nümayiş etdiriləcək. Təşkilatçılar əsasən komediya janrında olan sovet filmlərinə üstünlük veriləcəyini bildirirlər. Filmdən əvvəl isə tamaşaçıları isti yemək, çay və suya qonaq edəcəklər. Hökumətin bu təşəbbüsünə Rusiyanın «Küçə dostları» hərəkatı da dəstək verib.