XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

13 Avqust 2016 - 17:54

Səudiyyə Ərəbistanı Fars körfəzində4 İran gəmisini saxlayıb

İran

 Səudiyyə Ərəbistanının dəniz patrulu xidməti sərhəd sularda üzən İranın 4 balıqçı gəmisini saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Buşehr dəniz sərhədçilərinin komandiri Amin Xosrəvi agentliyə açıqlamasında saxlanılanların sonrakı taleyi barədə heç bir məlumat olmadığını bildirib.

O vurğulayıb ki, Buşəhr vilayətinin bəzi balıqçıları Fars körfəzinə çıxarkən təsadüfən digər dövlətlərin su sərhədlərinə daxil olub və nəticədə saxlanılıblar.

Hələlik Səudiyyə Ərəbistanı məsələyə münasibət bildirməyib.