XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2016 - 18:07

Rusiya aviaşirkətləri Türkiyəyə"çarter proqramı"na hazırdır

Turkish

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiyaya məxsus 15-dən artıq aviaşirkət Türkiyəyə yönəlik «çarter proqramı»na hazırdır.

Xəbər verilir ki, uyğun icazənin alınacağından sonra, Türkiyəyə çarter aviauçuşlarını bərpa etmək üçün Rusiya avişirkətlərinə cəmi bir neçə saat vaxt lazımdır. Bu barədə UTair aviaşirkəinin rəhbəri Aleksandr Neradıko məlumat verib.

«Aviaşirkətlər o dərəcədə mobildirlər ki, təyyarəni havaya qaldırmaq üçün onlara cəmi bir neçə saat vaxt lazım gəlir. Türkiyə hakimiyyət dairələrindən icazə almaq, təyyarənin uçuşuna icazə almaq… Bunları bir neçə saatın içində etmək olar» – deyə, o, qeyd edib.

Şirkət rəhbərinin sözlərinə görə, Rusiya Federasiyasının 15-ə yaxın aviaşirkəti Türkiyəyə çarter uçuşlarına başlamağa hazırdır.