XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

13 Avqust 2016 - 18:56

Alimlər xarici dil öyrənməyinfaydalarından danışıblar

Dil

Lankaster Universitetinin tədqiqatçıları bildiriblər ki, xarici dilləri bilmək dünyanın mənzərəsini genişləndirir.

AZƏRTAC “medikforum.ru” saytına istinadla xəbər verir ki, bir dildə danışanlarla müqayisədə bir neçə dildə danışa bilən adamlar insultdan sonra daha tez bərpa olunurlar.

Bundan əlavə, başqa dil bilmək qocalıqla bağlı kəmağıllığın inkişafının qarşısını alır.

Alimlər xarici dil öyrənənlərə dilin qaydalarını dərhal deyil, tədricən yadda saxlamağı tövsiyə edirlər.

Alimlərin sözlərinə görə, insan beyni sözlərin instinktiv başa düşülməsinə köklənib. Buna görə də insan hər şeyi təhlil etməyəndə, yeni dili daha sürətlə mənimsəyir və bu proses daha təbii olur.

Bildirilir ki, başqa dil öyrənmək qavramaya da təsir göstərir, çünki məsələn, ingilisdillilər çox vaxt hərəkəti, alman dilində danışanlar isə hərəkətlə bərabər, məqsədi təsvir edirlər.