XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 İyul 2015 - 21:25

Obamadan daha bir tarixi addım – Həbsxanaya gedən ilk ABŞ prezidenti oldu

ABŞ prezidenti Barak Obama Oklahoma ştatındakı «El Rino» həbsxanasını ziyarət edərək məhkumlarla görüşüb. Bununla da Obama ABŞ tarixində həbsxanaya gedən ilk prezident olub.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Obama həbsxana əməkdaşları, həmçinin narkotik ittihamı ilə həbs olunan məhkumlarla söhbət aparıb. Prezident həbsxanalarda gənclərin sayının bu qədər çox olmasından təəssüfləndiyini bildirib: «Gənclərin həbsxanaya düşməsi bəzən normal hal kimi qəbul olunur. Əslində isə bu, anormal haldır. Yeniyetmələrin səhvə yol verməsi, xəta etməsi normaldır. Cinayət işləməsi isə normal sayılmamalıdır».

Qeyd edək ki, ABŞ həbsxanalarında 2,2 milyon məhkum cəza çəkir.