ötən ilin sonlarında ABŞ-la diplomatik əlaqələri bərpa edən Kuba Avropa ölkələri ilə də münasibətlərini yaxşılaşdırır. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Kubaya səfəri ölkənin Qərb aləmindəki imicinin düzəlməyə başladığını göstərir.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, səfər zamanı Kuba ilə Almaniya arasında hökumətlərarası əməkdaşlığın qurulmasına dair anlaşma imzalanıb. Ştaynmayer bildirib ki, bu anlaşma münasibətlərdə yeni baza funksiyasını daşıyacaq. Kubanın xarici işlər naziri Bruno Rodriges almaniyalı həmkarının səfərinin ölkələr arasındakı əlaqələrin inkişafına müsbət təsir edəcəyini bildirib. Nazir Kuba hökumətinin Almaniya ilə bütün sahələr üzrə əməkdaşlıq qurmaq istədiyini də bəyan edib.