XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

14 Avqust 2016 - 09:40

Dövlət orqanları aparatı və onun bölmələrinin adlarındadəyişikliklər edilib

Bölm

 Nazirlər Kabidenti “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasi-zadəimzalayıb.

Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda aşağıdakı dəyişikliklər edilib:

1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı” sözlərindən sonra “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Aparatı” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan regional idarələri” sözlərindən sonra “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan:

Regional bölmələri” sözləri əlavə edilsin.