XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2015 - 09:55

Rusiyanın konsulu «persona non grata» elan edildi

Rusiyanın Odessadakı konsulu «persona non grata» elan edilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi konsulun diplomatik fəaliyyətində nöqsanların aşkarlandığı barədə məlumat yayıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak bildirib ki, konsuldan ən qısa zamanda Ukraynanı tərk etmək tələb olunub. Rusiyalı diplomatın artıq ölkəsinə qayıtdığı bildirilir.

Son günlər Ukrayna hökuməti konsullarla bağlı problem yaşayır. Bir neçə gün əvvəl də Ukraynanın Antalyadakı fəxri konsulu Levent Aydınla bağlı xoşagəlməz olay yaşanmışdı. Levent Aydın Türkiyədəki rəsmi tədbirlərin birinə üzərində Putinin şəkli olan futbolka ilə qatılaraq bütün diqqətləri üzərinə çəkmişdi. Bunun ardınca Ukrayna xarici işlər naziri Pavel Klimkin bəyanat verərək, L.Aydından fəxri konsul adını geri götürdüklərini açıqlamışdı.