XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2015 - 10:02

Gürcü müdafiə naziri: “Ermənistanla hərbi əməkdaşlığımız davam edəcək”

Gürcü müdafiə naziri: “Ermənistanla hərbi əməkdaşlığımız davam edəcək”

Gürcüstan Ermənistanla birgə müdafiə sahəsində əməkdaşlığı davam etdirəcək. Musavat.com-un məlumatına görə, bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Ermənistanın müdafiə nazirinin 1-ci müavini David Tonoyanla görüşdən sonra bildirib.

“çox mühümdür ki, Gürcüstan və Ermənistan bir-birinə dəstək verir, bir-birinin müdafiə qabiliyyətinin artırılmasına kömək edir” –nazir deyib. Onun sözlərinə görə, Tiflis və İrəvan bundan sonra da müdafiə sahəsində əməkdaşlığın yeni yollarının axtarışını davam etdirəcək.
“Biz razılığa gəldik ki, əməkdaşlığın yeni yollarını, qarşılıqlı əlaqələrin təzə formatlarını tapaq. Bu səfərin də məqsədi təcrübə və bilik mübadiləsi üçün böyük imkanların açılmasından ibarətdir” – gürcü müdafiə naziri əlavə edib.