XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 March 2015 - 10:43

Bakıda daha bir neçə avtoxuliqan saxlanıldı – (Foto)

Bakı şəhərində avtoxuliqanlıqla məşğul olan şəxslər tutulub.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, idarənin əməkdaşları paytaxt ərazisində avtoxuliqanlıq, sərxoş halda və sənədsiz nəqliyyat vasitələrini idarə edən şəxsləri saxlayıb.

Saxlanılanlardan 3-ü avtoxuliqan, 5-i sərxoş halda nəqliyyat vasitəsini idarə edən, 4-ü isə sənədsiz avtomobil idarə edən şəxslərdir.

Saxlanılan şəxslərin hamısı məhkəmənin qərarı ilə 1 il müddətinə avtomobili idarə etmək hüququndan məhrum ediliblər.

Bundan başqa, onları 5 gündən 1 ay müddətinə qədər azadlıqdan məhrumetmə cəzası da gözləyir.