XƏBƏR LENTİ

27 May 2020

Digər Xəbərlər

15 Avqust 2016 - 11:20

“Çox yerində olan bir qərardır” –Türkiyə səfiri ANS-in bağlanmasından danışdı

Alper Coşkun

Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun “Yeni Müsavat” qəzetinə müsahibəsində ANS TV-nin qapadılması məsələsinə toxunub. Səfir bu haqda sual ünvanlanıb və o, belə belə cavab verib:

 Terror hərəkəti və çevriliş cəhdi Türkiyədə bir neçə televiziya, media quruluşunun qapanmasına səbəb oldu. FETÖ terror təşkilatına bağlı media quruluşları qapadıldı. Amma bunun Azərbaycana da təsiri oldu. Həmin gecə sizi də canlı yayıma çıxarmış ANS televiziyası qapadıldı. Fətullah Gülənin müsahibəsini yayma təşəbbüsü səbəbindən Azərbaycan dövləti onu qapatdı. Bu məsələ ilə bağlı sizdə bir düşüncə varmı? Bunu necə qiymətləndirirsiniz? Hələ ANS televiziyasının qapadılması ilə bağlı Türkiyə dövləti və Bakıdakı səfirlik dəyərləndirmə verməyib. Özü də bu televiziya həm Türk xalqından, həm də Azərbaycan xalqından bu təşəbbüslə bağlı üzr də diləyib. Bu məsələyə münasibətiniz necədir?

– Bizim mövqeyimiz budur: terror təşkilatı olaraq gördüyümüz “FETÖ”nun, onun başındakı xain Fətullah Gülənin, xüsusilə Türkiyədəki bu uğursuz çevriliş cəhdindən sonra aparacağı təbliğatın da terror fəaliyyətinin dəstəklənməsindən və onun propoqandasının aparılmasından başqa bir şey olmadığına dair qəti fikrimiz var. Dolayısı ilə onun (Fətulla Gülənin-E.P.) sözlü də olsa, ortaya çıxaraq aparacağı təbliğata heç bir yerdə izn verilməməsini istəyirik. Bu, ifadə azadlığı deyil, başqa məsələdir. Çünki Türkiyədə yaşanan böyük hadisəni, özünün məsuliyyət daşıdığı bu xain cəhdi çox fərqli bir şəkildə təsvir etməyə çalışacağı bəllidir, bəzi fəaliyyətləri ilə bunu etməyə də çalışdı. F. Gülənin təbliğatının yayınlanmaması, buna fürsət verilməməsi fikrimizcə, çox yerində olan bir qərardır.