Türkiyənin Ərzurum şəhərinin prokuroru Əkrəm Beyaztaş Suriyaya keçməyə çalışarkən Kilisdə saxlanılıb.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Kilis əyalətinin valiliyi açıqlama yayıb.
Valilikdən bildirilib ki, Kilisin əyalət mərkəzi Duruca rayonunun Afrin sərhəd kəndində Türkiyədən Suriyaya qanunsuz olaraq, keçməyə çalışan Əkrəm Bəyaztaş saxlanılıb.
Məsələ ilə bağlı araşdırma aparılır.