MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası noyabrda Moskvada baş tutacaq.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoliy Antonov Azərbaycan və Rusiya müdafiə nazirlərinin Bakıdakı görüşünün yekunları ilə bağlı açıqlamasında deyib.
O bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovu həmin toplantıya və 6-11 sentyabr tarixlərində Moskva yaxınlığındakı “Patriot” parkında baş tutacaq “Ordu-2016” Beynəlxalq hərbi-texniki forumuna dəvət edib.