XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

28 Fevral 2015 - 17:41

Aksiya ilə bağlı rəsmi açıqlama
Aksiya ilə bağlı rəsmi açıqlama
Bakının mərkəzində bir qrup şəxsin bahalaşma əleyhinə etiraz aksiyası keçirmək cəhdi ilə bağlı rəsmi açıqlama verilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, vətəndaşların azsaylı bir qrupu kütləvi aksiyaların keçirilməsi haqqında qanunların tələblərini pozublar.
Onun sözlərinə görə, bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış etiraz aksiyası keçirmək istəyi: “Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyanın qarşısını alıblar. 8 nəfər saxlanılıb”.
Qeyd edək ki, bu gün Bakının mərkəzində, Fəvvarələr meydanında bir qrup şəxs bahalaşma əleyhinə etiraz aksiyası keçirməyə cəhd göstərib.
Aksiyaya çağırış bir müddətdir ki, sosial şəbəkələrdə yayılırdı.
Mənbə
ANS PRESS