XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2015 - 13:44

Ultrasağçılar Poroşenkonu devirmək istəyir

Ukraynanı üçüncü Maydan gözləyir

Millətçilər Maydanda azadlıq uğrunda çarpışır, Ukraynanın şərqində sərhədləri rusiyayönlü könüllülərdən qoruyurdular, indi isə böhran bürümüş ölkənini daxili sabitliyi üçün başlıca təhlükəyə çevriliblər. Ultrasağçılar Kiyevi üçüncü Maydan, xaos və zorakılıqla təhdid edirlər. Almaniya xarici siyasət cəmiyyətinin əməkdaşı Ştefan Mayster hesab edir ki, “Onlar köhnə sistemin tərkib hissəsi saydıqları prezident Poroşenkoya qarşı çıxış edirlər. Korrupsiyalaşmış ünsürləri qovmaq istəyirlər, çevrilişə hədəfləniblər və hətta qüvvə tətbiqi də onları dayandırmaz”.

Sağçılar Kiyev hökumətinin zorakılıq monopoliyasını sual altında qoyurlar. Bir növ, dövlət içində dövlət yaradırlar. Silahlı və təhlükəlidirlər.

Xatırladaq ki, bu yaxınlarda Qərbi Ukraynanın Mukaçevo şəhərində “Sağ sektor“un yaraqlıları ilə hökumətin güc strukturları arasında atışma baş verib. çox ehtimal ki, toqquşmanın səbəbi ultramillətçilərin gəlir mənbəyi qaçaqmalçılıq olub.

İnqilabdan sonra Ukraynanın şərqində hərbi əməliyyatlar başlananda Kiyev millətçilərin hərbi potensialını qiymətləndirdi və onlara dəstək, o cümlədən silah verdi. Sağçılar indi bu silahı hökumətin özünə qarşı tətbiq edə bilərlər. Maydan vaxtı əleyhinə çıxış etdikləri həmin oliqarxların əvvəlki kimi yenə də “gizli yaylar”ı sıxması, ölkənin isə hələ də korrupsiyaya bulaşması onları qane etmir. Barışıq haqda Minsk sazişinə uyğun olaraq Kiyev rəhbərliyinin bu qruplaşmaları tərk-silah etmək cəhdi vəziyyəti daha da ağırlaşdırır.

Maysterin sözlərinə görə, Ulrayna cəmiyyəti hazırda zorakılığın yeni burulğanına maraqlı deyil və əksər hissəsi neofaşist simvolikasını qəbul etmir: “Lakin Ukraynada durum pisləşsə, iqtisadi təzyiq artsa, onda yeni qanlı nümayişlər təhlükəsi çoxalacaq”.

Yulian Rorer

“Fokus”, 17.07, 2015