XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2016 - 18:28

Ceyms Uorlik:"Görüşlə bağlı avqust ayı üçün xüsusi plan yoxdur"

Uorlik

 “ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə daim təmasdadırlar və tez-tez görüşürlər”.

Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O bildirib ki, görüşlə bağlı avqust ayı üçün xüsusi plan olmasa da, həmsədrlər hər iki xarici işlər naziri ilə mütəmadi əlaqəni və sıx əməkdaşlığı davam etməyə çalışırlar: “Vyana və Sankt-Peterburq görüşlərində hər iki ölkə prezidenti danışıqlar yolu ilə həllə nail olmaq istiqamətində irəliləyiş üçün yenidən görüşməyə hazır olduqlarını bəyan etdilər. Biz onları yenidən bir araya gətirmək imkanlarını araşdırırıq. Mövcud təklifləri müzakirə etmək üçün prezidentlər və nazirlərlə mütəmadi əlaqədəyik”.