XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2015 - 15:26

Oğrubaşılar Türkiyəyə yığışacaqlar

Rusiya polisi yığıncağa imkan verməyib

Ən yaxın zamanda oğrubaşıların Türkiyədə böyük yığıncağı olacaq.

Strateq.az Rosbalt.ru-ya istinadən bildirir ki, yığıncağa 100-dən çox mafiozun qatılması planlaşdırılıb.

Hüquq-mühafizə orqanlarındakı qaynaq Rosbalt-a bildirib ki, cinayətkar dünyanın başçısı Zaxari Kalaşnikov (cavan Şakro) 2015-ci ilin yayında Moskva bölgəsində böyük yığıncaq (300-dən çox oğrubaşının iştirakı ilə) keçirmək istəyib. Lakin əməliyyatçılar mafiozilərə izah ediblər ki, Rusiyada bu cür toplantının keçirilməsinə imkan verməycəklər.

O zaman oğrubaşı Gela Kardava (Gela) təşəbbüsü ələ alıb və bildirib ki, Türkiyədə böyük yığıncaq çağırır.

Məlumata görə,Türkiyədəki yığıncağın olduqca qələbəlik keçəcəyi gözlənilir.