XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2016 - 10:03

Rusiyanın müdafiə naziriErmənistana gedib

soyqu67

 Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda səfərdədir. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, S.Şoyqunun səfərində məqsəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin müdafiə nazirlərinin Ermənistan paytaxtında keçirilən toplantısında iştirak etməkdir. 

KTMT-nin baş katibi Nikolay Bordyuja və qurumun Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov da yığıncaqda iştirak etmək üçün Yerevanda səfərdədir.

Məlumata görə ki, Rusiyanın müdafiə naziri ilə yanaşı Qazaxıstanın müdafiə naziri İmanqali Tasmaqambetov, Belarun müdafiə naziri Andrey Raykov, Qırğızıstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Raimberdı Duyşembiyev, Tacikistanın müdafiə nazirinin müavini Abdulxoşim Qulomzoda də Ermənistanda səfərdədir.

Qeyd edək ki, KTMT-nin toplantısı bu gün keçiriləcək.