XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

16 Avqust 2016 - 12:09

İranda İŞİD-çilərlə təhlükəsizlik qüvvələri arasında atışma olub,3 terrorçu öldürülüb

iran

 İranın Kirmanşah əyalətində terrorçular və təhlükəsizlik qüvvələri arasında atışma baş verib, 3 terrorçu öldürülüb. 

APA-nın Tehran bürosunun Kirmanşah əyalətinin polis  komandanlığına istinadən  verdiyi məlumata görə,  bu gün səhər  polis, təhlükəsizlik qüvvələri və xüsusi təyinatlıların iştirakı ilə Kirmanşah şəhərinin məhəllələrinin birində əməliyyat keçirilib.

Əməliyyat zamanı İŞİD terror qruplaşmasına bağlı olan3 nəfər öldürülüb. Onlardan bir ədəd “Kalaşinkov” markalı avtomat, iki avtomat darağı,  bir ədəd partlayıcı kəmər  götürülüb.