XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

16 Avqust 2016 - 12:37

Rusiya Müdafə Nazirliyi:Ermənistandakı bazamız Qafqazda sabitliyin təminatçısıdır

ANTONOV

“Rusiyanın Ermənistandakı hərbi bazası Qafqazda sabitliyin təminatçısıdır”.

 TASS-ın verdiyi məlumata görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Rusiya və Ermənistan müdafiə nazirləri arasında keçirilmiş görüşdən sonra deyib.

O bildirib ki, görüş zamanı Rusiyada Ermənistan silahlı qüvvələri üçün kadrların hazırlanması məsələsi müzakirə olunub: “Hazırda Rusiya Müdafiə Nazirliyinin 24 təhsil müəssisəsində 203 erməni hərbçi ödənişsiz təhsil alır. Bu il daha 211 hərbçi qəbul olunacaq”. (APA)

A. Antonov onu da qeyd edib ki, Rusiya və Ermənistan ordularından ibarət birləşmiş dəstənin yaradılması barədə razılaşmanın imzalanmasına hazırlıq yekunlaşmaq üzrədir.