XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2016 - 13:47

REAL hərəkatının 2 üzvünə 7 sutka həbs cəzası verilib

 real

Bu gün Səbayel Rayon Məhkəməsi REAL Hərəkatının fəalı Toğrul İsmayılovu inzibati qaydada 7 sutkalığa  həbs edib. Bu gün digər fəal Elşən Qasımov da məhkəmə qarşısında dayanacaq.

Bu barədə Turan-a REAL İdarə Heyətinin üzvü Azər Qasımlı bildirib. T.İsmayılov polisin qanuni tələblərinə tabe olmamaqda təqsirli bilinib. Gənclər ötən gün axşam “İçərişəhər” metro stansiyasının yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılıblar.

Onlar həbsdə olan REAL lideri İlqar Məmmədovun təşviqat materiallarını mətbəələrin birindən götürməyə gedərkən saxlanılıblar.

T.İsmayılov və E.Qasımov  Konstitusiyaya düzəlişlərin əleyhinə təşviqat məqsədilə yaradılmış REAL təşəbbüs qrupunun səlahiyyətli nümayəndələridir.

Avqustun 12-də REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli də həbs edilib.