XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

16 Avqust 2016 - 15:40

Azərbaycanda işləyən Britaniya gəmiçilik şirkəti ilə bağlıistintaq aparılır

gemi ingilis

Böyük Britaniyada yerləşən “F.H.Bertling Ltd.” logistika və gəmiçilik şirkətinin Azərbaycandakı sövdələşmələri istintaqa cəlb olunub.

Bu barədə Azadlıq Radiosu “The Wall Street Journal”a istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, araşdırmaya Böyük Britaniyanın Ciddi Fırıldaqlar üzrə İdarəsi (SFO) başlayıb. “F.H.Bertling” Azərbaycanda 2011-ci ildən fəaliyyətə başlayıb, o vaxtdan bir sıra islahedici addımlar atıb. Məsələn, menecmentdə dəyişikliklər olub, etik qaydalar proqramı, təlimlər həyata keçirilib.

Bu şirkət Almaniyanın "F.H.Bertling Holding GmbH" şirkətinin filialıdır. 2014-cü ildə 26.8 milyon, bir il öncə isə 23 milyon funt sterlinq gəlir əldə edib.

Şirkətin direktorları Culia Burt və Colin MacIsaac şərh verməyib.