XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

16 Avqust 2016 - 16:24

BMT:"Hələbdə vəziyyət çox ağırdır"

Hələb

 "Suriyanın Hələb şəhərində vəziyyət həddindən artıq ağırdır, ölkədə böhranın siyasi həllinə dərhal qayıtmaq zəruridir."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Suriyada araşdırmalar üzrə Müstəqil Komissiyasının çərşənbə axşamı yayılmış bəyanatında deyilir.

Sənəddə vurğulanır ki, Müstəqil Komissiya hazırda son günlər döyüşlərin intensivləşdiyi şəhərin şərq hissəsində qərarlaşan dinc əhalinin, o cümlədən 100 min uşağın təhlükəsizliyindən ciddi narahatdır.

"Hələbdə mülki əhalininağır həddə düşən vəziyyəti dərhal diqqət və əməli addımlar tələb edir", – bəyanatda bildirilir.