İran Təhlükəsizlik Şurası öz infrastruktunu Suriyada terrorçuluğa qarşı mübarizə aparmaq üçün Rusiyaya təqdim edəcək.
"Report" xəbər verir ki, bunu İslam Respublikasının Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İRNA-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Suriyada terrorçuluğa qarşı mübarizə aparmaq üçün Moskva ilə Tehran arasında strateji tərəfdaşlıq anlaşması mövcuddur. Katib bu tədbirin həmin razılaşma çərçivəsində reallaşacağını bildirib.
Xatırladaq ki, avqustun 16-da Rusiyanın "Tu-22M3" və "Su-34" bombardmançı təyyarələri İranın Həmədan bölgəsində hərbi aerodromundan qalxaraq, Suriyanın üç əyalətində terrorçu İŞİD qruplaşması və "Cebhat-ən-Nusra"nın mövqeylərinə zərbə endiriblər.