XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

16 Avqust 2016 - 16:37

Şəhid polkovnik-leytenantın ailəsi KİV-ə müraciət etdi:“Raqub Orucovla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır”

raqif orucov

Aprel döyüşlərində həlak olmuş polkovnik-leytenant Raqub Orucovun ailə üzvləri KİV-ə müraciət edib.

Strateq.az-a daxil olan müraciətdə deyilir:

“Torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşlərdə həlak olan bütün vətənsevər, qeyrətli övladlarımızın xatirəsinə xalqımız daim böyük hörmət və ehtiram göstərir. Bu işdə mətbuat işçilərinin də səmimi və təəssübkeş münasibətini minnətdarlıq hissi ilə dəyərləndirilməlidir. Buna görə onlara təşəkkürümüzü bildirirİk.

Lakin bununla yanaşı, bəzi  jurnalistlərin və media qurumlarının şəhidimiz polkovnik-leytenant Raqub Orucov və ailə üzvlərimizlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayması, belə əsassız məlumatlardan istifadə etməklə ictimai ajiotaj yaratmağa cəhd göstərməsi bizə ciddi narahatlıq və narazılıq  hissi doğurur.

Biz hörmətli jurnalistləri və ictimai fəalları şəhidimiz və ailə üzvlərimizlə bağlı məsələlərdə sui-istifadə hallarına yol verməməyə çağırırıq”.