XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

16 Avqust 2016 - 18:51

Rusiya Ermənistana1000 desant göndərir

Rus

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının operativ reaksiya qüvvələrinin növbəti təlimi Ermənistanda olacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Hərbi Desant Qüvvələri komandanının müavini Aleksandr Vyaznikov söyləyib. Onun sözlərinə görə, Rusiya Hərbi Desant Qüvvələri bu təlimdə də iştirak edəcəklər.

O, Ermənistandakı təlimə 1000-dən çox Rusiya hərbçisinin qatılacağını bildirib.

Qeyd edək ki, bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının operativ reaksiya qüvvələrinin Qarşılıqlı Fəaliyyət–2016 hərbi təlimi keçirilib. Təlim Rusiyanın Pskov vilayətində baş tutub. Hərbi təlim avqustun 19-na qədər davam edəcək.