XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2016 - 19:35

Güləşçimiz Rəsul Çunayev uduzdu

cunayev

Güləşçimiz Rəsul Çunayev (66 kq) yarımfinalda erməni Miqran Arutyunyanla üz-üzə gəlib.

İdmançımız rəqibinə uduzaraq finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhləvanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.

Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib. (APA)

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib – 10:2.