XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 İyul 2015 - 08:42

Nazirlik məlumat toplayır – Xaricdə işləyənlərlə bağlı…

Xaricdə işləyən Azərbaycan vətəndaşları haqqında məlumat bazası yaradılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Vahab Məmmədov deyib.

O bildirib ki, vətəndaşlarımızı işləmək üçün xaricə göndərən hüquqi şəxslərin fəaliyyətini nizamlayan sənədlər paketi artıq hazırdır: “Hazırda sənədlər Ədliyyə Nazirliyi Hüquqi aktların dövlət reyestrində təsdiqini gözləyir”.

V.Məmmədov qeyd edib ki, sənədlərdə əmək müqavilələrinin forması, əməkhaqqı, vətəndaşın sosial statusu və Azərbaycan vətəndaşının təhlükəsiz sosial-əmək təminatına istiqamətlənmiş bir sıra başqa məsələlər əks olunub: “Yerli fiziki və ya hüquqi şəxslə xarici şirkət arasında imzalanan müqavilə əsasında məsuliyyət nizamlanacaq. Bu, çox mühüm məsələdir. çünki əcnəbi işəgötürən və vətəndaşı xaricə göndərən şirkət əməkhaqqından tutmuş tibbi sığorta, sosial təhlükəsizlik və digər bu kimi məsələlərə görə məsuliyyət daşıyır” (Trend).