XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2016 - 14:17

Qızıl Xaç Naxçıvana keçən erməniyə baş çəkib

qrmizi xac

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Naxçıvanda saxlanılan Ermənistan vətəndaşı Agetsyan Henrik Sayerbekoviçə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, saxlanılan şəxsin ailəsinə məlumat göndərməsinə imkan yaradılıb: “Eyni zamanda ailəsindən ona məlumat çatdırılıb”. 

Qeyd edək ki, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. (APA)