XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

17 Avqust 2016 - 14:30

Nicat Rəhimov qızıl medaldan məhrum edilə bilər?

nicat

Beynəlxalq Ağır Atletika Federasiyası Rusiya, Qazaxıstan və Belarusu Rio olimpiadasından sonra yarışlarda iştirakdan kənarlaşdıra bilər.

Diskvalifikasiya barədə qərar 2016-cı ilin payızında qəbul ediləcək. Bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının  (IWF) prezidenti Tamaş Ayan avqustun 16-da bildirib: “Oyunlardan sonra biz bu ölkələri diskvalifikasiya edəcəyik. Mən buna zəmanət verirəm”, – o vurğulayıb.

Ayan qeyd edib ki, bir sıra idmançının dopinq tətbiq etməsilə bağlı təkrar analizin nəticələrinə dair informasiya gözlənilir. O deyib ki, adı çəkilən ölkələrlə yanaşı daha bir neçə ölkə kənarlaşdırıla bilər. IWF prezidentinin sözlərinə görə, diskvalifikasiya barədə yekun qərar “sentyabrın sonları və ya oktyabrın əvvəllərində” qəbul edilə bilər.

Xatırladaq ki, Qazaxıstan yığma komandasının qızıl medalı var. Birinci yeri əslən azərbaycanlı Nicat Rəhimov (77 kq.) tutub.

Bundan öncə də qadağan edilmiş preparatların qəbuluna görə Rusiya, Bolqarıstanın ağır atletləri və Azərbaycanın bir neçə ağırlıq qaldıranı Rio-de-Janeyro Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırıb.