XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2016 - 17:20

Natiq Cəfərlinin apellyasiya şikayətitəmin edilməyib

Məhkəmə

 Bu gün Bakı Apellyasiya Məhkəməsində REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. 
 
Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadlı bildirib ki, məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayəti təmin etməyib. 

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.