Yük gəmisinin Türkiyənin sahil mühafizə xidmətinə məxsus katerlə toqquşmasından sonra Bosfor boğazında hərəkət müvəqqəti olaraq dayandırılıb. Bu barədə məlumat GAS operatorunun saytında yerləşdirilib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, toqquşmadan sonra sahil mühafizə xidmətinin kateri batıb. Hadisə nəticəsində 3 hərbçinin həlak olduğu bildirilir. Daha 5 hərbçi isə axtarış əməliyyatı nəticəsində xilas edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.