XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

18 İyul 2015 - 13:09

İranlı ekspert: “Sanksiyalar götürüləndən sonra Ermənistanla əməkdaşlıq genişlənəcək”
“Ermənistanın istənilən məhsuluna İranda ehtiyac ola bilər”.
Musavat.com erməni KİV-ə istinadla xəbər verir ki, belə bir fikri İrəvanda jurnalistlərə İrandan olan ekspert Puyya Hoseyni Tehrana qarşı sanksiyaların ləğvinə münasibət bildirərkən söyləyib:
“İran – hər şeyi, yaxud demək olar, hər şeyi ala biləcək çox böyük bazardır. Odur ki, bəri başdan məhdudiyyətlər praktik olaraq yoxdur. Hər iki ölkə bir-birinə olduqca çox şey təklif edə bilər”.
Xatırladaq ki, iyulun 14-də İranla “altılıq” ölkələri arasında imzalanmış Vyana anlaşmasına görə, Tehran nüvə silahı hazırlanması yönündə çalışmalarını dayandırmağının qarşılığında ona qarşı 12 illik ticarət və maliyyə sanksiyaları aradan qaldırılacaq.