XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

17 Avqust 2016 - 21:08

NATO narahatdır –Rusiyanın İrandan İŞİD-in mövqelərini bombalamasından

Russian

NATO Rusiya döyüş təyyarələrinin İrandan qalxmaqla İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirməsindən narahatlığını bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu NATO nümayəndəsi məsələyə münasibət bildirərkən deyib.

"Rusiyanın Bəşər Əsəd rejimini dəstəkləmək məqsədilə Suriyada uzunmüddətli hərbi iştirakı narahatlıq doğurur. Rusiya tərəfindən aviazərbələrin "ölü müxalifət" qruplarına endirilməsi risklərin azalmasına və regional təhlükəsizliyə səbəb olmur", – deyə alyans rəsmisi vurğulayıb. 

O, əlavə edib ki, NATO məsələnin siyasi həllinə dair bütün cəhdləri dəstəkləyir: "NATO İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmir və bununla bağlı mövqeyi dəyişməz olaraq qalır".