XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2015 - 14:11

“Əsgərimiz günvurmadan ölməyib”- Rəsmi açıqlama

Strateq.az-ın məlumatına görə, Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən mətbuat xidmətindən bildiriblər ki, bəzi kütləvi informasiya vasitələrində Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər İmanov İman Fətəli oğlunun guya günvurmadan dünyasını dəyişməsi barədə məlumatlar yayılıb: “Əslində isə tibbi ekspertizanın ilkin rəyinə əsasən əsgər İ.İmanov 15 iyul 2015-ci il tarixdə baş beyin kötüyündə törəmə (şiş) olması səbəbindən huşunu itirib. Dərhal tibbi yardımın göstərilməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb”.

Faktla əlaqədar hazırda müvafiq qaydada araşdırma aparılır.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində əsgər İmanov İman Fətəli oğlunun günvurmadan dünyasını dəyişdiyi bildirilirdi.