XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

18 Avqust 2016 - 12:57

Rövşən Lənkəranski sağdır? –Reanimasiyada həkim nəzarətindədir

rovshan-1

“Qanuni oğru” Rövşən Lənkəranskinin öldürülməsi barədə xəbərlər təkzib  olunur.

Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasından Sputnik-ə verilən məlumata görə, R. Lənkəranski həyatını itirməyib: "Xəstə hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır. Ona lazımi tibbi yardım göstərilir. Həyatını itirdiyi barədə məlumatlar yalandır. Detallı məlumat yaxınlarına verilib. Hazırda xəstənin yaxınları xəstəxanadadır".

Sputnik "Doğan" xəbər agentliyinə istinadla xəbər verir ki, cinayətkarlar ucuna susdurucu qoyulmuş uzun lüləli tüfəng və silahı hadisə yerində qoyaraq qaçıblar. Oteldən çıxan "Range Rover" markalı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edilib.

Avtomobilin içərisində olan azərbaycanlı iş adamı Rövşən Əliyev və adı bilinməyən sürücüsü ağır yaralı olaraq təcili yardımla xəstəxanaya aparılıb. Hadisədən sonra bölgəyə çox sayda polis sövq edilib. Zirehli bir polis maşını ətrafda təhlükəsizlik tədbirləri alıb.

"Florance Nightingale" xəstəxanasına aparılan sürücü həyatını itirib. Yaralı iş adamı Rövşan Əliyevin isə "Şişli Etfal" xəstəxanasında müalicə altına alınıb. Polis qaçanların tutulması üçün tədbirlər görür.