Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistana rəsmi səfərə gedib.
"Report" Türkiyə XİN-in rəsmi saytına istinadən xəbər verir ki, M.Çavuşoğlu səfər zamanı hindistanlı həmkarı Suşma Svarac və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.
Səfər zamanı ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sazişlər imzalanacaq, eləcə də qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.