Türkiyədə silahlı hücum nəticəsində yaralanan, daha sonra xəstəxanada vəfat edən Rövşən Canıyevin (Lənkəranski) nəşi hələ İstanbuldadır.
Bu barədə "Report"a Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.
"Onun meyitinin Azərbaycana nə vaxt göndəriləcəyi mərhumun ailə üzvlərinin qərarından asılıdır", – Baş Konsulluqdan əlavə olunub.
Qeyd edək ki, R.Caniyev avqustun 17-dən 18-nə keçən gecə İstanbulda güllələnib. Naməlum şəxslər onun avtomobilinə çoxsaylı atəş açıblar.