XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

18 Avqust 2016 - 18:51

Azərbaycan Prezidenti Əfqanıstanın dövlət başçısınıtəbrik edib

ilham 213

 Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və rifah diləyirəm".