XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

18 Avqust 2016 - 19:04

Baş prokuror Balakəndə vətəndaşlarıqəbul edəcək

BAş Prokuror

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov avqustun 26-da saat 10:00-da Balakən rayon prokurorluğunun inzibati binasında Balakən, Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Balakən şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar qəbula yazılmaq üçün yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət edə bilərlər. Qəbula, həmçinin Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected]  elektron poçt ünvanı vasitəsilə də yazılmaq olar.