XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 August 2016 - 08:07

ABŞ Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasındanehtiyatlanmağa səbəb görmür

 

 ABŞ Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasından ehtiyatlanmağa səbəb görmür.

Departament

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

“Türkiyə və Rusiya arasındakı ikitərəfli münasibətləri yalnız onların ikisində aiddir”, – deyə Kirbi Ankaranın Moskva ilə münasibətləri möhkəmləndirmək niyyətini şərh edərkən bildirib.     

“Bunun üçün heç bir qadağa yoxdur və bu iki ölkə arasında münasibətlərin yaxşılaşmasından ehtiyatlanmağa da səbəb yoxdur”, – deyə Kirbi qeyd edib.  

“Türkiyə NATO-nun üzvü və İŞİD-lə mübarizə kampaniyasının mühüm hissəsi olaraq qalır. Mən  NATO adından çıxış edə bilmərəm, lakin, ABŞ Alyansın üzvüdür və biz Türkiyənin bütün əməliyyatlarımızda iştirak etməkdə davam edəcəyinə inanırıq”.