Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllənərək öldürülən Rövşən Lənkəranskinin nəşi vətəninə gətirilib.
Minlərlə insan Lənkəranskinin nəşini Lənkəran hava limanında qarşılayıblar.
Rövşən Lənkəranskinin nəşini İstanbuldan şəxsi təyyarəsi ilə gətirən Türkəyinin tanınmış iş adamı “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov da təyyarə ilə Lənkəran gəlib.
Mübariz Mənsimov bu gün Rövşən Lənkəranskinin dəfn mərasimində iştirak edəcək. (Qaynarinfo.az)