XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

19 Avqust 2016 - 15:38

İran Şimal-Cənub nəqliyyat dəhlizində işlərin sürətləndirilməsi üçünmaddi yardım istəyəcək

İran

Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikintisi İran üçün çox önəmlidir və bu layihənin tezləşməsi İranın Yol və Şəhərsalma Nazirliyinin gündəmindədir.

Bunu APA-nın İran bürosuna Qəzvin şəhərinin meri Məsud Nüsrəti deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda “İpək Yolu”nun keçdiyi İran şəhər rəhbərlərinin iclası keçiriləcək: “İclasda Şimal-Cənub dəhlizi müzakirə olunacaq. İpək Yolu Qurucuları Şurası Birlik Fondu və Bankından bu dəhlizdə işlərin tezləşdirilməsi üçün yardım alınması məsələsi gündəmdə olacaq və bu yardımı almağa çalışacağıq”.

O bildirib ki, Qəzvin-Rəşt-Astara  dəmir yolu layihəsi “İpək Yolu”nun hədəf proqramlarından biridir.

“İranda Qəzvin İpək Yolu proqramlarının mərkəzi kimi seçilib, həmçinin Qəzvin İpək Yolu Qurucuları Şurası Birlik Fondunda İranın nümayəndəsidir. Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi bizim üçün çox önəmlidir. Bu layihə bir çox ölkələri bir-birinə birləşdirir. İran dəmir yolu Azərbaycan və Rusiya dəmir yoluna birləşir”, – deyə o əlavə edib.

M. Nüsrəti xatırladıb ki, İpək Yolu Qurucuları Şurası Birliyi Çin tərəfindən təsis olunub:   “Bu Birliyin mərkəzi də Çində yerləşir. Birliyə İpək Yolu üzərində yerləşən 11 ölkə üzvdür. Birlik Şimal-Cənub dəhlizinə önəm verir və əminik ki, İranın Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinə dair işlərin tezləşdirilməsinə yardım təklifi birlik tərəfindən qəbul olunacaq”.