XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

19 Avqust 2016 - 18:31

Daxili İşlər Nazirliyi səyyar xidmətlərini davam etdirir –Açıqlama

DIN

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Strateq.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər respublikanın Astara və Beyləqan  rayonlarının ucqar kəndlərində baş tutub:

"Səyyar xidmətlər zamanı şəxsiyyət vəsiqələri almaq və ya dəyişmək istəyən, ümumilikdə 1698 nəfər, o, cümlədən Astara  rayonunda 1477,  Beyləqan rayonunda isə 221 şəxsin müvafiq sənədləri icraya  qəbul edilib. Bu sahədə tədbirlər davam etdirilir".