XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

19 İyul 2015 - 18:11

Avropa Şurasının prezidenti Azərbaycana gəlir: Prezident və müxalifətlə görüşəcək

tusk.jpg

Avropa Şurasının prezidenti Donald Tusk iyulun 20-22-də Cənubi Qafqaz ölkələrinə regional səfər edəcək.

Avropa Şurasının saytında verilən məlumata görə, ayın 20-də Tusk Yerevana gedəcək, oradan axşam Tbilisiyə yola düşəcək. İyulun 21-də o, Gürcüstanda olacaq və 22-də Bakıya gələcək.

Səfər zamanı Tusk hər üç ölkənin prezidentləri və hökumət rəhbərləri, habelə vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə görüşlər keçirəcək.

Məlumatda deyilir ki, səfərin və görüşlərin məqsədi bu ilin mayında keçirilmiş Riqa Sammitindən sonra Şərq Tərəfdaşlığı Proqramının həyata keçirilməsinin qiymətləndirilməsidir. Bu tədbirdə Donald Tusk Şərq Tərəfdaşlığının müddəalarının həyata keçirilməsi işində konkret nəticələr əldə etməyə çağırıb. “Bu səfər Avropa İttifaqının suveren tərəfdaşlarla yaxın, müxtəlifləşdirilmiş münasibətlərini inkişaf etdirməyə sadiqliyinin yaxşı nümayişi olacaq”.

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə yüksək səviyyədə bildirib ki, Bakı və Brüssel arasında Şərq Tərəfdaşlığı çərçivəsində öhdəliklərdən kənar birbaşa əməkdaşlıq qurmağı zəruri hesab edir.