XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

19 Avqust 2016 - 22:53

Azərbaycan boksçusu tarixdə ilk dəfə finala yüksəldi –Olimpiada

lorenso-boks

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Lorenso Sotomayor yarımfinal görüşünə çıxıb.

64 kq çəki dərəcəsində çıxış edən kubalı legionerin rəqibi Almaniya ermənisi Artyom Harutyunyan olub.

Görüşü üstün səviyyədə keçirən Sotomayor hər 3 raunddan qalib ayrılıb.

Bununla da Azərbaycan təmsilçisi finala yüksələrək, ölkəmizin boks tarixində ilkə imza atıb. O, ən azı gümüş medalı təmin edən ilk boksçumuz olub. Sotomayor, həm də hələ ötən mərhələdə yarımfinala yüksəlməklə, 11-ci medalı təmin edib.

Avqustun 21-də saat 22:00-da başlanacaq final görüşündə Azərbaycan boksçusunun rəqibi Fazliddin Qaibnazarov (Özbəkistan) olacaq.

Report