XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

20 Avqust 2016 - 00:43

Rio-2016:Azərbaycan güləşçisi bürünc medal qazandı

haci-gules

Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə yarışlara start verilib.

Mübarizəyə 1/8 finaldan start verən Hacı Əliyevin (57 kq) ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub. Həmyerlimiz yekunda 12:2 hesablı qələbəyə sevinib.

Hacı 1/4 finalda Vladimir Xinçeqaşviliyə (Gürcüstan) məğlub olub. London-2012-nin finalçısı olan Xinçeqaşvili həlledici mərhələyə yüksəldiyindən, Hacı "bürünc" üçün təsəlliverici görüşlərə qatılıb.

Güləşçimiz təsəlliverici görüşlərin ikinci raundunda Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb. Rəqibinə qalib gələn pəhləvanımız bürünc medal uğrunda qarşılaşmada bolqarıstanlı Vladimir Vladimirovu mübarizədən kənarlaşdırıb. 

Apasport.az