XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

20 Avqust 2016 - 09:51

ABŞ Ədliyyə nazirliyinin nümayəndələri Gülənin ekstradisiyası ilə əlaqədarTürkiyəyə səfər edəcək

ABŞ

ABŞ Ədliyyə nazirliyinin nümayəndə heyəti yaxın günlərdə Fəthullah Gülənin işi üzrə ittihamlarla tanış olmaq üçün Türkiyəyə səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə “Blumberq” agentliyinə Obama administrasiyasındakı mənbə bildirib.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gülənin ekstradisiyası üçün rəsmi Vaşinqtona bütün lazımi sənədlər və materiallar daxil olmaqla rəsmi sorğunun göndərildiyini bildirib.