XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 August 2016 - 10:00

Türkiyə parlamenti İsraillə razılaşma sənədiniratifikasiya edib

TBMM  30

 Türkiyə parlamenti rəsmi Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma sənədini təsdiqləyib.

Avqustun 19-da TBMM-in plenar iclasında ratifikasiya edilmiş sənədə əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək.

Anlaşmada İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcək. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

Qeyd edək ki, bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. O zaman Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın etmişdi. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülmüşdü. (Report)